Sirkə içdi, xəstəxanalıq oldu – Bu təhlükəni çoxları bilmir

Sirkə içdi, xəstəxanalıq oldu – Bu təhlükəni çoxları bilmir
SOSİAL
16:46 21.08.2026
182

Xəbər verdiyimiz kimi, Bərdə rayonunda 27 yaşlı qız səhvən sirkə turşusu içib.

 
Qeyd edək ki, sirkə mətbəxdə geniş istifadə olunan məhsullardan biridir.

Salat, turşu və müxtəlif yeməklərə əlavə edilən adi süfrə sirkəsi az miqdarda istifadə edildikdə, adətən, ciddi təhlükə yaratmır. Lakin sirkə turşusunun konsentrasiyası yüksəldikdə risk artır.

AZXEBER.COM xəbər verir ki, yüksək konsentrasiyalı sirkənin qəbul edilməsi ağız boşluğu, boğaz, qida borusu və mədədə kimyəvi yanıq yarada bilər. Tibbi ədəbiyyatda yüksək konsentrasiyalı sirkə qəbulundan sonra qida borusunda ciddi zədələnmələrin qeydə alındığı hallar da təsvir edilib.

Sirkənin uzun müddət dəriyə tətbiqi də kimyəvi yanığa səbəb ola bilər. Gözə düşdükdə isə qıcıqlanma və zədələnmə yarada bilər. Belə hallarda göz bol su ilə yuyulmalıdır.

Sirkənin təmizlik məqsədilə istifadəsində də diqqətli olmaq lazımdır. Xüsusilə onu xlor tərkibli ağardıcılarla qarışdırmaq təhlükəlidir. Belə qarışıq tənəffüs yollarını qıcıqlandıra bilən zəhərli xlor qazının yaranmasına səbəb ola bilər.

Son dövrlərdə alma sirkəsinin arıqlamaq və müxtəlif xəstəlikləri müalicə etmək məqsədilə içilməsi də yayılıb. Lakin sirkəni yüksək miqdarda və durulaşdırmadan qəbul etmək qida borusunda qıcıqlanma və zədələnmə yarada bilər.

Bu səbəbdən sirkədən yalnız qida üçün nəzərdə tutulmuş formada və miqdarda istifadə etmək, yüksək konsentrasiyalı sirkə turşusunu isə qida sirkəsi ilə qarışdırmamaq vacibdir.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR