Sirkə turşusundan zəhərlənən qadın xəstəxanada öldü

Sirkə turşusundan zəhərlənən qadın xəstəxanada öldü
SOSİAL
19:13 23.11.2024
189
Sabirabadda sirkə turşusundan zəhərlənən qadın xəstəxanada ölüb.

Məlumata görə, Sabirabad rayonunun Güdəcühür kəndində məskunlaşan Cəbrayıl rayonunun Şahvəlli kənd sakini, 1957-ci il təvəllüdlü Əhmədova Pəkuzə Məhəmməd qızı 2 gün əvvəl 72%-li sirkə turşusundan zəhərlənib.

67 yaşlı qadın mədənin və qida borusunun kimyəvi yanıq diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, o, müalicə aldığı xəstəxanada vəfat edib.
 
//APA
OXŞAR XƏBƏRLƏR