"Şirkət evimizi başımıza uçurur..." - Bakıda daha bir söküntü qalmaqalı

"Şirkət evimizi başımıza uçurur..." - Bakıda daha bir söküntü qalmaqalı
SOSİAL
16:28 22.02.2017
1998

Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov 8 ünvanında yaşayan sakinlərin evləri uçurdulur.

Söküntü işlərini aparan "Rifah Palace” şirkətidir, şirkət sökülən evlərin yerində tikiləcək yeni binada sakinlərə ev veriləcəyini vəd edir və onlardan bina tikilib hazır olana qədər kirayəyə köçmələrini tələb edir. Lakin bu tələblə razılaşmayan sakinlər virtualaz.org-a deyiblər ki,  onlar sökülən evlərinin müqabilində kompensasiya istəyirlər.

Sakinlər deyirlər ki, təklif olunan şərtlərlə razılaşmadıqlarından evlərindən köçməyiblər. Amma onların narazılığı nəzərə alınmayaraq içərisində yaşadıqları halda evlərin qazı və işığı kəsilib. Həmin ünvanda yaşayan Gülparə Əliyeva deyir ki, onlara evlərindən çıxmaq üçün hədə-qorxu gəlirlər:

"Evimizi başımıza uçururlar. Çıxıb evin qabağında dayanmışam ki, sökməsinlər. Gözləyirlər ki, evdən aralanım, evimizi darmadağın eləsinlər. 102-yə də zəng eləmişik, hər yerə şikayət eləmişik, xeyri yoxdur. Biz şirkətdən evimizə görə kompensasiya tələb edirik. Onlar isə dövlət layihəsi olmadığına görə kompensasiya vermirlər,  binada ev vəd edirlər. Evimizi başımıza uçuran şirkətin bizə ev verəcəyinə necə inanaq?”, - deyə şikayətçi bildirir.

Şikayətçilərin sözlərinə görə, şirkət Mirqasımov küçəsi,  8 ünvanında yaşayan 4, Süleymanov küçəsi, 69 ünvanında yaşayan 6 ailəni təhlükə ilə üz-üzə qoyub.  Onlar bildirirlər ki, artıq söküntü işlərinə görə evlərə gedən elektrik və qazı da kəsiblər. Yaxınlıqdakı evlər sökdüyündən onların evləri də qəzalı vəziyyətə düşüb.

Məsələ ilə bağlı "Rifah Palace” şirkətinin rəhbərliyi ilə əlaqə saxlasaq da onlar şərh vermək istəməyib telefonu söndürüblər. Nəsimi rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, həmin ərazidə köhnə binalar dövlət sifarişi ilə sökülür, pilot layihə kimi sakinlərə yeni tikiləcək evlərdə mənzillər və mənzillər hazır olana qədər kirayə pulu veriləcək. "Əslində sakinlər bu variantla razılaşmışdı, indi necə olur ki, şikayət edirlər?”-İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin əməkdaşı Ramiz Qasımov bildirdi.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib