Şirkət rəhbərindən işçilərə çılpaq 'Çin işgəncəsi' - VİDEO

DÜNYA
10:28 22.02.2013
3167
Çinin Şinxua əyalətindəki ərzaq firmasının rəhbəri satış hədəflərinə çatmayan satış menecerlərini cəzalandırıb. Məlumata görə, şirkətin kifayət qədər məhsuldarlıq nümayiş etdirməyən işçiləri soyuq havada yarıçılpaq vəziyyətdə qaçmaq məcburiyyətində qalıblar.Hadisə barədə məlumat verən şirkət rəhbəri bu işçilərlə 2012-ci ilin sonunda müqavilə bağladığını, bu cəzanın müqavilənin tələblərindən biri olduğunu qeyd edib.Mənfi 11 dərəcədə 10 km qaçan işçilər isə vəziyyətdən şikayətçi olmayıblar. Onlar bu cəzaya layiq olduqlarını, bu barədə məhkəmə instansiyalarına şikayət etmək fikirlərinin olmadığını vurğulayıblar.

OXŞAR XƏBƏRLƏR