Sabirabadda iki dost biri hazırda, digəri isə əvvəllər çalıçdığı eyni bir şirkətdən oğurluq ediklərinə görə Sabirabad polisi onları yaxalayıb
RPŞ-dən verilən məlumata görə, hadisə fevralın 18-də rayonun Qalağayın kəndində gecə saat 23 radələrində qeydə alınıb.Həmin kənd sakinləri İlham Əbülfəz oğlu Abışov və Savalan Hafiz oğlu Atakişiyev birləşərək oğurluq etmək qərarına gəliblər. Şirkətin həyatyanı sahəsində kauçuq şlanklar yığıldığını görən dostlar onları oğurlamaq qərarına gəlirlər. Dırnağarası qəhramanlar istəklərinə nail olsalar da oğurladıqları şlankları satıb pula çevirmək istəkləriisə ürəklərində qalıb.Sabirabad polisinin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində oğrular saxlanılıb.Qeyd edək ki, Savalan Hafiz oğlu Atakişiyev əvvəllər həmin şirkətdə işləyib. Amma İlham Əbülfəz oğlu Abışov isə hazırda həmin şirkətdə operator vəzifəsində çalışır.Faktla bağlı RPŞ-də CM-nin 177.2.1 və 177.2.3 maddəsi ilə cinayət işi açılıb.