“Şirkətlərin saytları qeyri-işləkdir”- Prezidentin köməkçisi

“Şirkətlərin saytları qeyri-işləkdir”- Prezidentin köməkçisi
SOSİAL
14:12 17.04.2017
1249

Yevlaxda keçirilən "Qeyri-neft ixracatçılarının respublika müşavirəsi"ndə bəzi sahibkarlar qablaşdırma sahəsindəki problemlərə toxunub.

İş adamlarının əksəriyyəti şüşə məmulatlarının idxaldan asılılığına diqqət çəkib.

"Azərbaycanda iri şüşə məmulatların istehsalçısı fəaliyyət göstərir. Onlardan biri də "İnterGalss" şirkətidir. Amma həmin şirkətin istehsal etdiyi məhsullar idxal olunan məhsuldan bahadır. Bundan başqa, əsas problemlərdən biri də odur ki, "İnterGlass" və bu kimi şirkətlərin istehsal gücü aşağıdır", - deyə sahibkarlardan biri qeyd edib.
 
Sahibkara cavab olaraq Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bildirib ki, "İnterGlass" artıq ikinci istehsal xəttinin qurulmasına başlayıb. "Müvafiq avadanlıqlar alınıb. Həmin avadanlıqların quraşdırılması ilə bağlı üç ölkənin mütəxəssisləri ilə danışıqlar aparılır. Yaxın vaxtda ikinci xətt işə salınacaq. Bununla biz yaşıl şüşənin istehsalına start verəcəyik. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən aldığımız məlumata görə, ölkə ərazisindəki yataqlar araşdırılıb və məlum olub ki, yaşıl şüşə istehsalı üçün lazım olan qum Azərbaycanda var, ağ şüşə istehsalı üçün lazım olan qum ölkəmizdə yoxdur. Böyük ehtimalla, həmin qum Rusiyadan idxal olunacaq. Bundan başqa, biz şüşə istehsalı ilə bağlı ayrıca bir proqram hazırlamışıq. Bir məsələyə diqqət çəkmək istəyirəm ki, bu gün "İnterGlass"ın həyətində olan hazır şüşə materialları 3 aydır satılmır. Mən istərdim ki, bu məsələ sahibkarlarla müzakirə olunsun. Məhsulun satışında problem var", - deyə ASK prezidenti qeyd edib.
 
Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov isə ASK prezidentinə müraciət edərək bildirib ki, şirkətlər arasında kommunikasiyanın qurulmasında problemlər var: "Şirkətlərin internet saytları qeyri-işlək vəziyyətdədir. Məndə bəzən elə təsəvvür yaranır ki, sahibkarlar həyata keçirdiyi layihələr, istehsal etdiyi məhsullar barədə ancaq özləri xəbərdardır. Mən tez-tez şirkətlərin saytlarını izləyirəm. Elə şirkət var ki, saytını sonuncu dəfə 3 il bundan öncə yeniləyib. Tutalım, bu gün bir şirkət məhsul idxal edir, amma həmin məhsulu başqa bir yerli şirkət ölkəmizdə istehsal edir və bunların bir-birindən xəbəri yoxdur. Kommunikasiya düzgün qurulmalıdır. Müştərilər şirkətlərin saytına daxil olan zaman istehsal olunan məhsullar barədə ətraflı məlumat almaq imkanını qazanmalıdır. Şirkətlər saytlarını aktiv şəkildə idarə etməlidir. Biznes bu cür qurulur".
 
ASK prezidenti N.Əmirovun iradı ilə razılaşıb: "Məsələ çox düzgün qaldırılıb. Kommunikasiyada ciddi boşluqlar var. Bu problem aradan qaldırmağa çalışacağıq".

///Apa
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
06:06 15.08.2025
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
04:01 15.08.2025
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər