Sırski: Ukrayna ordusu Kurskda daha 2 kilometr irəliləyib

DÜNYA
18:05 30.08.2024
209
Sutka boyunca Ukrayna ordusu Kursk vilayətinin ərazisində daha 2 kilometr irəliləyib.

Bunu Ukrayna Ordusunun Baş komandanı Aleksandr Sırski deyib.

O bildirib ki, bununla da ordu bölgədə 5 kvadrat kilometrlik ərazini nəzarətə götürüb.

Sırskinin sözlərinə görə, "hazırda Rusiya tərəfinin Pokrovka istiqamətindəki müdafiə xəttini yarmağa yönələn cəhdləri uğursuzluqla nəticələnir”.
OXŞAR XƏBƏRLƏR