Şirvan-Sabirabad yolunda 3 avtomobil toqquşdu: 2 nəfər öldü

Şirvan-Sabirabad yolunda 3 avtomobil toqquşdu: 2 nəfər öldü
10:48 22.03.2013
1056
Sabirabad Rayon Polis Şöbəsindən ANS PRESS-ə bildirdilər ki, bu gün səhər saatlarında Şirvan-Sabirabad yolunda baş verən qəzaya səbəb "Mercedes" markalı avtomobil, VAZ 2107 və VAZ-2115 markalı maşınların toqquşması olub. Qəza nəticəsində 2 nəfər ölüb, 2-si isə ağır yaralanıb. Yaralananlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.Hazırda Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları ölən və yaralananların kimliyini və hadisənin baş vermə səbəblərini araşdırır.10:16:00Bu gün səhər saatlarında Şirvan-Sabirabad yolunda dəhşətli yol qəzası olub. Bu qorxunc olay nəticəsində avtomobildə olanlar həyatını itirib. Bu barədə ANS PRESS-ə hadisə şahidləri məlumat veriblər. Onların sözlərinə görə, Şirvandan Sabirabada gedən yolda hərəkət edən 3 avtomobil toqquşub.Olay şahidləri ANS PRESS-ə bildirdilər ki, qəza “VAZ 2107” markalı minik maşını ilə "Mercedes" markalı avtomobil toqquşması nəticəsində baş verib.Hazırda əraziyə Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları və Təcili yardım briqadası işləyir.
OXŞAR XƏBƏRLƏR