Şirvanda avtomobil qadını vurub öldürdü

Şirvanda avtomobil qadını vurub öldürdü
SOSİAL
23:08 21.09.2020
644
Şirvan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Şirvanın köhnə şəhər adlanan yaşayış massivində qeydə alınıb.

Belə ki, "Mercedes” markalı minik avtomobili yolu keçmək istəyən, Şirvan şəhər sakini, 1966-cı il təvəllüdlü Həsənova Fərqanə Məmmədəli qızını vurub.

Qəza nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan qadın hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
 
///Report
OXŞAR XƏBƏRLƏR