Şirvanda karantin rejimini pozan dörd nəfər həbs edildi

SOSİAL
18:34 05.04.2020
399

Karantin rejimi qaydalarının təmin olunması məqsədilə Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Şirvan şəhər polis şöbəsindən verilən məlumata görə, şəhər ərazisində heç bir zərurət olmadan xüsusi karantin rejimi qaydalarını pozaraq küçədə gəzən 4 sakin polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Karantin rejimini pozduqlarına görə 1992-ci il təvəllüdlü Cəfərov Təbriz Səmədağa oğlu (13 sutka), 1989-cu il təvəllüdlü İbrahimov Tural Vaqif oğlu (12 sutka), 1984-cü il təvəllüdlü Qasımov Nizami Nazim oğlu (12 sutka) və 1971-ci il təvəllüdlü Səmədov Namiq Bəndalı oğlu (10 sutka) barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və onlar şəhər məhkəməsinin qərarı ilə inzibati qaydada həbs ediliblər.

Həmçinin şəhər ərazisində xüsusi karantin rejimi qaydalarını pozan 60-dan çox sakin barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub və onlar cərimə ediliblər.

OXŞAR XƏBƏRLƏR