xari

Şirvanda silahlı şəxslərə qarşı xüsusi əməliyyat keçirildi - Fotolar

SOSİAL
14:48 13.08.2019
4374
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şirvan şəhərində silahlı şəxslərə qarşı xüsusi əməliyyat həyata keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən üzərlərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxslərə qarşı bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, daxil olan məlumat əsasında Şirvan şəhər sakini Nadir Babayev saxlanılıb. Onun əlindəki idman çantasına baxış keçirilən zaman 1 ədəd "Kalaşnikov” tipli avtomat silah, daraq və 7 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində silah-sursatın ona məxsus olduğunu etiraf edib.

Baş İdarə əməkdaşlarının Şirvan şəhərində keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində şəhər sakini Amid Abdullayev də saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd istifadəyə yararlı "Makarov” tipli tapança aşkar olunaraq götürülüb.

Qeyd edilən hər 2 faktla bağlı Baş İdarədə cinayət işləri başlanılıb. 

Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
 

 

 

 

 




OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:50 27.02.2021

Azərbaycanda sevgilisi başqası ilə nişanlanan 20 yaşlı gənc intihar etdi

23:26 27.02.2021

Cavad Zərif: ABŞ Tehran və Bağdad arasında nifaq salmaq istəyir

23:11 27.02.2021

Türkiyədə koronavirusla bağlı son vəziyyət

22:52 27.02.2021

Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlandı

22:43 27.02.2021

Türkiyədə dəhşətli hadisə: Ana yeni dünyaya gətirdiyi körpəsini paltar şkafında gizlətdi, uşaq öldü

22:29 27.02.2021

Saatlı sakini ehtiyatsızlıqdan özünü güllələdi

21:49 27.02.2021

Bakıda mənzildən kişi meyiti tapıldı

21:33 27.02.2021

Ermənistan müxalifəti: Bütün hərbçilər Paşinyanın istefasını tələb edir

21:19 27.02.2021

İŞİD-çilər Suriyada qaz borusunu partlatdılar

21:07 27.02.2021

XİN-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinə göndərilməsi ilə bağlı AÇIQLAMA

21:04 27.02.2021

Mutasiyalara təsir edəcək yeni nəsil COVID peyvəndi hazırlanır

20:56 27.02.2021

Prezidentdən bitməyən suallara zarafatla cavab: “Əgər sual varsa, mən hazıram” - VİDEO

20:06 27.02.2021

" Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir"

18:28 27.02.2021

Ermənistanda Paşinyanın istefası tələbi ilə növbəti aksiya keçirilir

18:14 27.02.2021

Ukraynada xəstəxanada partlayış: Yaralılar var

17:43 27.02.2021

Azərbaycanda koronavirusa yoluxanların və ölənlərin sayı artdı