Şirvanda üç nəfər bir-birini bıçaqladı

Şirvanda üç nəfər bir-birini bıçaqladı
SOSİAL
14:57 22.09.2016
1109
Şirvan şəhərində üç nəfər bıçaqlanıb.
 
Şirvan Şəhər Polis Şöbəsindən (ŞBŞ) verilən məlumata görə, hadisə şəhərin Naxçıvan küçəsində qeydə alınıb. Belə ki, şəhər sakinləri Afiq Həsənov, Ceyhun Əliyev və Bəyməmməd Rəsulov xuliqanlıq zəminində bir-birilərinə bıçaqla xəsarət yetiriblər. Xəstəxanaya yerləşdirilən Bəyməmməd Rəsulovun vəziyyəti orta-ağırdır. Digər şəxslər isə ilkin tibbi yardımdan sonra evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.
 
Report.az
OXŞAR XƏBƏRLƏR