9 fevralda Milli Məclisə keçiriləcək seçkilərdə fəal mübarizə aparan namizəd Zabit Əlizamin oğlu Gülüş təbliğat və təşviqat kampaniyasına könüllülərlə davam edib. Könüllülər Şirvan şəhərinin müxtəlif ərazilərində siravi vətəndaşlarla görüşüb, onlara namizəd haqqında məlumatlar çatdırıblar.
İnsanlar bunu maraqla qarşılayıb, isti münasibət göstəriblər. Qeyd edək ki, 2020-ci il cənab Prezident İlham Əliyev tərəfindən "Könüllülər ili” elan olunub.
Zabit Gülüş bu görüşdən olan maraqlı video, həmçinin fotoları rəsmi facebook və instagram səhifəsində paylaşıb.