Sisi: İsrailin Qəzzaya hücumları dərhal dayandırılmalıdır

Sisi: İsrailin Qəzzaya hücumları dərhal dayandırılmalıdır
DÜNYA
16:15 19.05.2025
256
Misir prezidenti Əbdülfəttah əs-Sisi İsrailin Qəzzaya davam edən hücumlarının dərhal dayandırılmasını və humanitar yardımın daxil olmasına icazə verilməsini tələb edib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Misir Rəyasət Heyətindən verilən yazılı açıqlamaya görə, Sisi ölkəsində rəsmi səfərdə olan Livan prezidenti Cozef Aun ilə görüşdən sonra təşkil edilən ortaq mətbuat konfransında danışıb.

Aun ilə görüşlərində Misir və Livan arasında xüsusilə iqtisadi və ticarət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə etdiklərini söyləyən Sisi, "Yenidənqurma baxımından Livana dəstəyimizi təsdiq etdik" deyə bildirib.

Sisi, Livanın daxili sabitliyinin təmin edilməsində və suverenliyinin qorunub saxlanmasında İsrailin qanun pozuntularına qarşı olduqlarını, İsrailin Livan ərazisini dəfələrlə pozmasını və onun ərazisindəki bəzi məntəqələrin işğalını davam etdirməsini qəti şəkildə rədd etdiklərini bildirib.

Misir prezidenti Sisi beynəlxalq ictimaiyyəti Livan qarşısında öhdəliklərini yerinə yetirməyə və onun yenidən qurulmasına dəstək verməyə çağırıb.

Həmkarı Aun ilə də Qəzza zolağında baş verənləri müzakirə etdiyini qeyd edən Sisi, "İsrailin Qəzza zolağına hücumları dərhal dayandırılmalıdır. Atəşkəsin bərpası ilə bütün məhbuslar azad edilməli və Qəzzada mülki əhalinin əsas ehtiyaclarını qarşılamaq üçün humanitar yardımların dərhal ölkəyə daxil olması təmin edilməlidir" dedi. danışdı.

Misir və Livanın Fələstin davasına dəstəklərini təkrarladıqlarını vurğulayan Sisi, fələstinliləri öz torpaqlarından zorla köçürmə cəhdlərini də rədd etdiklərini bildirib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR