Prezident “Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 23-də Şamaxı rayonunda "Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışında iştirak edib.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlət başçısına kompleks barədə məlumat verib.
Bildirilib ki, 100 hektara yaxın ərazini əhatə edən kompleksin yaradılmasında məqsəd ölkə əhalisinin yüksəkkeyfiyyətli süd və ət məhsullar...