Hindistanın məşhur rəqqasəsi Kulvinder Kaur səhnədə öldürülüb.
K.Kauru öldürən şəxsin hind siyasətçi Vicay Qoyalın oğlu Sancay olduğu bildirilib.
O, Pəncabda keçirilən bir toy mərasimində rəqqasə ilə səhnədə rəqs etmək istəyib. Bunun həmin andakı vəziyyətə uyğun olmadığını eşidən içkili gənc oğlan əsəbiləşib və tüfəngi ilə səhnəyə atəş açıb.
Başından yaralanan Kaurun həyatını xilas etmək mümkün olmayıb. Rəqqasə bir neçə aylıq hamilə imiş.
///Axşam.az