Siyavuş Aslanın səhhətində yaxşılığa doğru dəyişiklik var
MƏDƏNİYYƏT
13:53 29.05.2013
1496
Kliniki Tibbi Mərkəzə yerləşdirilən Azərbaycanın xalq artisti Siyavuş Aslanın müalicəsi uzun müddət davam edəcək.Bu barədə APA-ya aktyorun həkimi Venera İsmayılova məlumat verib. Onun sözlərinə görə, aktyorun xəstəliyi xroniki hal aldığına görə, ev şəraitində müalicəsi mümkün deyil: “Nəzərdə tutduğumuza görə, 20 gündən çox xəstəxana şəraitində olmalıdır. Vəziyyəti orta-ağır qiymətləndirilir. Hazırda səhhətində yaxşılığa doğru dəyişiklik var”.