Siyavuş Novruzov: “30 qəpiyini verib maskasını alsın, 50 manat ödəməsin”

Siyavuş Novruzov: “30 qəpiyini verib maskasını alsın, 50 manat ödəməsin”
SOSİAL
16:36 31.05.2020
2080
"Koronaviris dövründə bütün sahələrin adamlarına təşəkkür bildirilib, təkcə Milli Məclisin deputatlarından başqa. O baxımdan yanaşma tərzi düzgün olmalıdır”.

Komitə sədri Siyavuş Novruzov Milli Məclisdəki çıxışında bildirdi. Deputat maskalara görə cərimələrin tətbiqinə etiraz edənlərə də cavab verdi: "Deyir, maskanı tax, cərimə vermə də. Burada 2 vuraq 2 dörd edir. Biri deyir, "imkanı yoxdur”, 30 qəpiyini verib maskasını alsın, 50 manat ödəməsin. Bu, sənin, övladın, qonşunun, nəsil-nəcabətindən ötrüdür. Səni cərimə eləmirlər ki, töycü ödə, ya get, biyara işlə!”

S.Novruzov dedi ki, şayiələrin yayılmasına görə ən kəskin cəzalar olmalıdır: "Biri deyir, şəhid statusu veriləcək koronavirusdan ölənlərə, başqası deyir, ev veriləcək, başqası deyir, cərimələr bağışlanacaq. Maska taxmaqdan başqa hər şeyi düşünürlər. Ona görə də şayiələrə qarşı sərt münasibət bildirilməlidir”.

Sonda S.Novruzov bir daha Naxçıvanla təyyarə əlaqələrinin yaradılmasını xahiş etdi: "Biz İspaniyadan, İtaliyadan, Rusiyadan vətəndaşlarımızı gətiririk, burdan-bura Naxçıvandakı insanlarımızı gətirmirik. Hər gün 50 nəfər ordan gətirilsin, 50 nəfər də burdan aparılsın”.
OXŞAR XƏBƏRLƏR