Siyavuş Novruzov da koronavirusa yoluxub? AÇIQLAMA

Siyavuş Novruzov da koronavirusa yoluxub?  AÇIQLAMA
SOSİAL
12:08 23.06.2020
2346
Milli Məclisin deputatları arasında COVID-19 infeksiyasına yoluxanların sayının artdığı barədə xəbərlər yayılıb. Sosial şəbəkələrdə yayılan həmin xəbərlərdə xəstəliyə yoluxan deputatlar arasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzovun da adı çəkilir. Buna səbəb kimi, Siyavuş Novruzovun parlamentin sonuncu iclasına qatılmaması göstərilir.

AZXEBER.COM xəbər verir ki, Modern.az xəbəri dəqiqləşdirmək üçün YAP icra katibinin müavini, deputat Siyavuş Novruzovla əlaqə saxlayıb.

Siyavuş Novruzov saytımıza açıqlamasında parlamentin 19 iyundakı iclasına qatılmamasının səbəbini açıqlayıb:

"Keçən iclasa qatılmamağımın səbəbi vardı.  Yeni Azərbaycan Partiyasının müşavirəsi keçirildiyindən hörmətli sədr Sahibə Qafarovadan icazə almışdım. Öncədən planlaşdırmışdıq ki, deputat Kamran Bayramov qanun layihəsini sessiyanın iclasına təqdim edəcək. Bir həftə öncədən deputat Kamran Bayramova bu işi həvalə etmişdik.  O, qanun layihəsini  həm komitədə razılaşdırdı, həm də plenar iclasa təqdim etdi”.

YAP icra katibinin müavini xəstəliyə yoluxanlar üzərində şou düzəldənlərə də səslənib:

"İstənilən şəxs bu virusla qarşılaşa bilər. Kimsə bu virusdan sığortalanmayıb. Böyük Britaniyanın, Rusiyanın, Kanadanın  Baş nazirləri koronavirusa yoluxub. İranda parlamet sədrinin müavinləri, deputatlar dünyasını dəyişib. Bu xəstəlik insanları peşəyə bölmür ki! Baxmır ki sən müəllimsən, həkimsən, fəhləsən, deputatsan, fərq etməz!

Bizdə qəribə ənənə yaranıb. İnsan övladı xəstələnə də bilər, əməliyyat da oluna bilər, avtomobil qəzasına da düşə bilər. Burada nə var ki?! Xəstəlikdən şou düzəltmək yersizdir. Əgər hansısa deputatda  koronavirus aşkarlansa, bunu şouya çevirmək olmaz axı... Allah hər kəsə şəfa versin. Bu qədər insanlar virusa  yoluxur, dünyasını dəyişir... Deputat da insandır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"