Milli Məclisin deputatı, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov əməliyyat olunub.
AZXEBER.COM Manset.az-a istinadən xəbər verir ki, millət vəkili diz nahiyəsindən əməliyyat keçirib.
S. Novruzov idman edərkən diz nahiyəsini zədələyib. O, dövlət xəstəxanalarının birində əməliyyat olunub. Hazırda palataya köçürülüb. Xəstəxanada müalicə prosesləri davam etdirilir.
Siyavuş Novruzov sayta açıqlamasında məlumatı təsdiq edib.