Siyavuş Novruzov: “Karxanada daş atıb, 10 manat alırdım”

Siyavuş Novruzov: “Karxanada daş atıb, 10 manat alırdım”
SOSİAL
18:07 20.01.2021
1621
Milli Məclisin deputatı Siyavuş Novruzov müzakirəyə səbəb olan "Təhsil haqqını ödəyə bilməyən tələbə dərsdən sonra işləsin” açıqlaması barədə fikrini bildirib.

Bu barədə Unikal.org-a açıqlama verən S.Novruzov sözügedən açıqlamanın bu şəkildə müzakirəsinin yersiz olduğunu bildirib:

"Əslində tələbənin işləməsində qəbahət yoxdur, əksinə, insanı zəhmətə alışdırır. Mən özüm tələbə vaxtı səhər saat 5-də durub Qaradağa karxanada daş atmağa gedirdim.
Bir neçə saat işləyib 10 manat alıb gəlirdim. Həmin pulla tələbə yoldaşlarımla səhər yeməyi yeyirdik”.
OXŞAR XƏBƏRLƏR