Siyavuş Novruzov komunal xidmətlərdən danışdı

SİYASƏT
12:10 08.11.2013
1681

Hələ ki, enerji daşıyıcılarının qiymətlərinin artımı ilə bağlı qərar yoxdur.

Olsa da, orda fərq o qədər də böyük olmayacaq. Yəni elə bir ciddi artım nəzərdə tutulmur.AZXEBER.COM xəbər verir ki, bunu “Yeni Müsavat” qəzetinə müsahibəsində Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovdeyib.O qeyd edib ki, bu saat Azərbaycanda enerji daşıyıcılarının qiyməti digər ölkələrin hamısından kifayət qədər aşağıdır.“O baxımdan da burada bir uyğunlaşdırma aparıla bilər. Ancaq böyük qiymət artımı nəzərdə tutulmayıb. Bizdə elektrik enerjisi, su, qazın qiymətləri MDB ölkələrinin əksəriyyəti ilə müqayisə aşağıdır. Burada 2 dəfə, ya 50 faiz artımdan söhbət getmir. Ola bilər hər birində 5-10 faiz dəyişiklik olsun”.S.Novruzov vurğulayıb ki, bu, qəti şəkildə bahalaşma dalğası deyil.“Burda müəyyən tənzimlənmədən söhbət gedir. Opponentlər hər bir məsələdən sui-istifadə etməyə, özlərinə sərf edən formada yararlanmağa çalışacaqlar, bu da təbiidir. Əgər kimsə ekspertdirsə, bunun iqtisadi tərəfini hesablayıb ortaya qoymaq əvəzinə, şou formasında ortaya fikirlər qoyur ki, bunun da heç bir əsası yoxdur”.Daha sonra millət vəkili bildirib ki, bu, şayiədir, ortada hələ rəsmi heç nə yoxdur.“Rəsmi olmadığı halda bunun haqqında geniş fikir mübadiləsi aparmağa ehtiyac görmürəm”.

OXŞAR XƏBƏRLƏR