Siyavuş Novruzov Obamayla İsa Qəmbər müqayisə etdi

Siyavuş Novruzov Obamayla İsa Qəmbər müqayisə etdi
12:10 28.01.2013
976
“Lənkəranda 20 müsavatçı ilə görüşmək üçün Bakıdan özü ilə 150 nəfər yığıb aparan İsa Qəmbərin məqsədi görüş yox, bölgədə şou yaratmaqdır. Buna görə onun Lənkəranda görüşü alınmır”. Bu açıqlamanı APA-ya hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov verib.Onun sözlərinə görə, İsa Qəmbərin bu hərəkəti hakimiyyət tərəfindən başa düşülmür: “Təsəvvür edin, 35 avtomobil, özü də karvan şəkilində Bakıdan Cəlilabada qədər yol hərəkəti qaydalarını poza-poza bütün yol boyu şou göstəriblər. Yolboyu ətrafda yaşayan sakinlərin rahatlıqlarını və yaşayış hüquqlarını pozublar. Rayon insanlarıdır, biri bazara gedir, biri harasa xəstə aparır. Onlar üçün İsa Qəmbərin hara getməsi maraqlı deyil. Məqsədi sakit və səmimi görüş olan adama bu həngamə nə üçün lazımdır? Heç Barak Obama seçkiqabağı İsa Qəmbər kimi etmir. Obama öz kampaniyalarına ən uzağı 6-8 adamla gedir. Daha İsa Qəmbər kimi başına 150-160 nəfərlik dəstə yığıb bölgələrə hücum çəkmir”.YAP rəsmisi deyib ki, İsa Qəmbərin məqsədi Lənkəranda sosial bazası olmadığına görə Bakıdan özləri ilə çoxlu adam yığıb aparıblar: “QHT-lərdən, İctimai Palatadan, oradan- burdan qarşılarına kim çıxıbsa, maşınlara yığıb Lənkərana üz tutublar. Başına yığdıqları bu adamlarla gedib Lənkəranda görüş keçirməyin nə mənası var? Elə o görüşü Bakıda da keçirmək olar”.S. Novruzov bildirir ki, İsa Qəmbərə ölkənin istənilən yerində görüş keçirmək üçün hər cür şərait yaradılıb: “Eyni zamanda Lənkəranda da yaradılıb. Lakin görünür, onun məqsədi görüş yox, hay-küy yaratmaq olub və bunun qarşısının alındığını gördükdə Cəlilabaddan geri qayıdıb. Çünki onun məqsədi Lənkəranda görüş keçirmək deyildi, buradan yığıb apardığı adamlardan ibarət bölgədə şou göstərmək idi.S. Novruzov İsa Qəmbər və tərəfdarlarının yol boyu kafe və çayxanalarda üzləşdikləri insidentə də münasibət bildirib. Onun sözlərinə görə, həmin kafelər özəl müəssisədirlər və İsa Qəmbəri qəbul edib-etməmək onların öz işidir: “Əgər İsa Qəmbər onlar üçün arzu olunan müştəri deyilsə, buna hakimiyyət nə etsin?”
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Toyu olacaqdı, bəylik kostyumu evdə qaldı" - Məsciddə öldürülən gənclə bağlı təfərrüatlar
15:40 28.07.2025
"Toyu olacaqdı, bəylik kostyumu evdə qaldı" - Məsciddə öldürülən gənclə bağlı təfərrüatlar
Sabah yağış yağacaq, şimşək çaxacaq
15:31 28.07.2025
Sabah yağış yağacaq, şimşək çaxacaq
Rusiya: Ukrayna probleminin həllində göstərdiyi təşəbbüslərə görə Türkiyəyə minnətdarıq.
15:29 28.07.2025
Rusiya: Ukrayna probleminin həllində göstərdiyi təşəbbüslərə görə Türkiyəyə minnətdarıq.
Milli Qəhrəmanın qardaşı: Anam son nəfəsində Natiqin yanına gedəcəyini dedi
15:18 28.07.2025
Milli Qəhrəmanın qardaşı: Anam son nəfəsində Natiqin yanına gedəcəyini dedi
DİN əməliyyat keçirib, 24 kiloqram natrkotik aşkarlanıb
15:14 28.07.2025
DİN əməliyyat keçirib, 24 kiloqram natrkotik aşkarlanıb
Elçin "SYD"ni təqdim etdi - VİDEO
15:05 28.07.2025
Elçin "SYD"ni təqdim etdi - VİDEO
"Əri ola-ola başqa kişilərin hesabına irəliləyən məşhurlardan fərqli olaraq..." - Tolik Nigari müdafiə etdi
15:03 28.07.2025
"Əri ola-ola başqa kişilərin hesabına irəliləyən məşhurlardan fərqli olaraq..." - Tolik Nigari müdafiə etdi
Sosial ödəniş alanlara şad xəbər
14:52 28.07.2025
Sosial ödəniş alanlara şad xəbər
Yevlaxda 63 yaşlı kişi həmkəndlisini qətlə yetirdi
14:48 28.07.2025
Yevlaxda 63 yaşlı kişi həmkəndlisini qətlə yetirdi
"Hicab taxıb, bədənşəkilləndirmə etmək də günahdır" - Nigardan Fərqanəyə şok sözlər
14:48 28.07.2025
"Hicab taxıb, bədənşəkilləndirmə etmək də günahdır" - Nigardan Fərqanəyə şok sözlər
Prezident sabit aylıq tariflə bağlı dəyişikliyi təsdiqlədi
14:47 28.07.2025
Prezident sabit aylıq tariflə bağlı dəyişikliyi təsdiqlədi
Binəqədidə bir həftədir ki, asfaltın altından su çıxır, sakinlər narahatdır - VİDEO
14:22 28.07.2025
Binəqədidə bir həftədir ki, asfaltın altından su çıxır, sakinlər narahatdır - VİDEO
Yol polisi motosiklet, velosiped və skuter sürücülərinə çağırış etdi
14:05 28.07.2025
Yol polisi motosiklet, velosiped və skuter sürücülərinə çağırış etdi
Timberleykin Bakı konsertində nə qədər insan iştirak edib? - AÇIQLAMA
14:00 28.07.2025
Timberleykin Bakı konsertində nə qədər insan iştirak edib? - AÇIQLAMA
Dünyanın ən təhlükəsiz 10 ölkəsi - SİYAHI
13:56 28.07.2025
Dünyanın ən təhlükəsiz 10 ölkəsi - SİYAHI
Onlara da hərbi xidmətdən möhlət hüququ veriləcək
13:53 28.07.2025
Onlara da hərbi xidmətdən möhlət hüququ veriləcək