Siyavuş Novruzov: "Şəhərlər və rayonlar özünü təmin edə bilsə, büdcəyə yüngüllük gətirər"

Siyavuş Novruzov: "Şəhərlər və rayonlar özünü təmin edə bilsə, büdcəyə yüngüllük gətirər"
SOSİAL
18:36 13.11.2018
5583
Azərbaycanda bir sıra rayonlar artıq özləri öz büdcəsini təmin edirlər və hesab edirəm ki, o rayonları həvəsləndirmək lazımdır.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, bəzi strukturlar haqqında qərarlar qəbul edilib ki, cərimələr toplayırsa, onun 50 faizi həmin təşkilatların hesabına keçir:

"Hesab edirəm ki, əgər rayon öz büdcəsin yerinə yetirirsə, bir az da artıq toplayırsa, ondan da müəyyən faiz rayonun büdcəsində qalsın ki, o qalan büdcədən də sosial xərclərə sərf etsin. Bu çox vacib bir məsələdir. Bizim iri şəhərlərimizin əksəriyyəti öz büdcəsi ilə özün təmin edə bilsə, dövlət büdcəsinə yüngüllük gətirər".
OXŞAR XƏBƏRLƏR