Siyavuş Novruzovun qohumu Sərdar Cəlaloğluna cavab verdi

Siyavuş Novruzovun qohumu Sərdar Cəlaloğluna cavab verdi
SOSİAL
14:25 08.05.2020
3612
"Sərdar Cəlaloğlu yaxşı olardı ki, bugünkü çıxışınızdan qabaq bir tarixi vərəqləyərdiniz. Deyirsiniz ki, Nəcbullanı asanda Siyavuş Novruzovun 12 yaşı var idi".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun qohumu, Nərimanov Rayon Gənclər İdarəsinin rəisi Nəcəf Novruzov deyib.
 
O Sərdar Cəlaloğlunun "Siyavuş Novruzov deyir ki, Nəcibulla ona mükafat verib. Nəcibulla öləndə onun 12 yaşı var idi" sözlərinə reaksiya verib:
 
"Siyavuş Novruzov 1969-cu ildə sizin də anadan olduğunuz Cəhri kəndində anadan olub. Bunu çox yaxşı bilirsiz. 1987-1990-cı illər SSRİ ordusu tərkibində Əfqanıstan döyüşlərində iştirak etmişdir. Məhəmməd Nəcbulla isə 1947-ci ildə anadan olub, 1986 - 1992-ci illər Əfqanıstanın 2-ci prezidenti olub. 1996-cı ildə öldürülərkən Siyavuş Novruzovun 27 yaşı olmuşdu. Siz ya tarixi yaxşı bilmirsiz, ya riyazıyyatınız - hesablamanız zəifdir".
 

OXŞAR XƏBƏRLƏR