Siyəzəndə dəhşətli qəza - Qadın öldü

Siyəzəndə dəhşətli qəza - Qadın öldü
SOSİAL
13:23 31.07.2017
1309
Siyəzən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Bakıdan Nabrana istirahətə gedərkən baş verib.

Belə ki, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Rübabə Xeyrulla qızı Əliyeva idarə etdiyi "KİA" markalı avtomobildə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili aşırıb. Nəticədə avtomobildə olan sərnişin, sürcünün anası 1962-ci il təvəllüdlü Sənəm Musa qızı Əliyeva hadisə yerində ölüb.
 
Sürücü R.Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırmalara başlanılıb.

OXŞAR XƏBƏRLƏR