Siyəzəndə dənizdə batanlardan birinin meyiti tapıldı

Siyəzəndə dənizdə batanlardan birinin meyiti tapıldı
SOSİAL
10:25 24.07.2023
124
Siyəzəndə dənizdə batanlardan birinin meyiti tapılıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, 18 yaşlı Nemət Əhmədovun cəsədi Xəzər dənizinin Zarat kəndi sahilində tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, iyulun 23-də FHN-in "112” qaynar telefon xəttinə Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 kilometr aralı, nəzarətsiz ərazi) üç nəfərin batması barədə məlumat daxil olub.
OXŞAR XƏBƏRLƏR