Siyəzəndə nişan mərasimi yarımçıq saxlanıldı

Siyəzəndə nişan mərasimi yarımçıq saxlanıldı
SOSİAL
10:38 11.04.2021
369
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə rayonun Böyük Həmyə kəndində yerləşən fərdi yaşayış evlərinin birində nişan mərasiminin keçirildiyi müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən məclis dərhal dayandırılıb.

Kütləvi şəkildə toplaşaraq sanitar-gigiyena və karantin rejimi qaydalarını pozanlarla izahedici söhbətlər aparılıb, mərasimin təşkilatçısı və orada iştirak edənlər barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
OXŞAR XƏBƏRLƏR