Siyəzəndə polis əməliyyat keçirdi: Saxlanılanlar var - FOTO

KRİMİNAL
12:17 09.09.2021
449
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin istifadəsində və satışında şübhəli bilinən dəstə üzvləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı rayon sakinləri Mərifət Quliyev, Azər Adıgözəlov və Rövşən Musayev saxlanılıb.

Həmin şəxslərin üzərinə və yığışdıqları M.Quliyevə məxsus evə baxış zamanı "patı”, "şüşə” adlanan psixotrop maddə metamfetamin və heroin aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR