Pakistanlı alpinist Nailə Kiani Nepalda Kançenjunqa dağının zirvəsinə qalxıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bununla belə, Kiani dünyanın 14 ən yüksək zirvəsindən 12-ə qalxan ilk pakistanlı qadın olub.
Kiani dünyanın 14 ən hündür zirvəsindən 12-nə qalxaraq 8586 metr hündürlükdə Kançenjunqaya, eləcə də Everest, K2, Broad Peak, Nanqa Parbat, Qasherbrum I və II, Annapurna, Lhotse, Manaslu, Makalu və Cho Oyuya qalxıb.
Enişdən sonra Kiani açıqlama verib:
"Bu zirvə təkcə şəxsi bir mərhələ deyil, həm də Pakistanda və dünyada olan bütün qızlara və qadınlara bir mesajdır. Siz düşündüyünüzdən də güclüsünüz".
Oksana