"Bizimləsən"ə üz tutan dul qadın icra nümayəndəsi tərəfindən adının ləkələməyə çalışıldığını bildirib.
AZXEBER.COM milli.az-a istinadən xəbər verir ki, qadının bu açıqlaması aparıcı Zaur Baxşəliyevi özündən çıxarıb.
Aparıcı efir vasitəsi ilə adı açıqlanmayan məmura sərt ismarıc göndərib:
"Siz icra hakimiyyətində xalqa xidmət etmək üçün oturursunuz, kiminsə qadınını ləkələmək üçün oturmursunuz. Ümid edirəm ki, başa düşdü həmin adam. Düşməyəcək adını hallandıracam. Elə adamların bizim süfrəmizin başında yeri yoxdur.
Qadın intihar edirdi, çəkdik gətirdik".