"Silk Way Star" beynəlxalq musiqi layihəsinin finalında Azərbaycanı münsif kürsüsündə təmsil edən müğənni Samirə Əfəndi Ermənistan təmsilçisi Saro Gevorqyana 12 xal verməsi ölkədə müzakirələrə səbəb olub.
AZXEBER.COM xəbər verir ki, bəzi sənət adamları Samirənin hərəkətinə haqq qazandırsa da, onun üzr istəməli olduğunu düşünənlər də az olmayıb.
Samirəni dəstəkləyənlər sırasına model Səmra Hüseynova da qoşularaq onu müdafiə edib:
"Ölkəmizin prezidenti sülh və barışıq elan etdi. Mən başa düşə bilmirəm, bundan sonra axı siz kimsiniz ki, Samirəni qınayırsınız? Sənətin nə dini var, nə də irqi".
Aysel










































