"Siz ölməyəcəksiniz? Nankorlar… "- VİDEO

MAQAZİN
02:00 25.03.2014
6374
“O əfsanə kimi gəldi və əfsanə kimi getdi. Gəlişi ilə necə səs salıdsa, gedişi ilə də elə səs saldı. Amma heç bir sənətçinin bu qədər sevəni olmayıb. Heç bir sənətçinin adını metroda, məktəbdə divara yazılan görməmişəm”.
Bu sözləri ANS TV - nin "Adam içində" verilişinin canlı efirində rejissor Kənan M.M. mərhum reper Hüseyn Dəryanı xatırlayarkən bildirib.AZXEBER.COM-un məlumatına görə, Kənan M.M. çıxışı zamanı şoubiznes təmsilçilərinin ünvanına tənqidlər yağdırıb: "Mən sağ qalan bədbəxt sənətçilərin halına üzülürəm… Üzülürəm ki, cənazə qalmışdı ortada. 2-3 sənətçidən başqa mən heç kimi görmədim orada. Ölməyəcəksinizsiz? Nankorlar… Hansınız toydan çıxanda evə ayıq gedirsiniz? Kefli gedirsiniz hamınız. Hüseynin cənazəsi də adı kimi, şöhrəti kimi ağır idi, hər insanın gücü çatmazdı onu qaldırmağa”,- deyə rejissor bildirib.
OXŞAR XƏBƏRLƏR