"Siz Vətənə olan borcunuzu ödədiniz, amma biz hər zaman Sizə borclu qalacağıq"

"Siz Vətənə olan borcunuzu ödədiniz, amma biz hər zaman Sizə borclu qalacağıq"
SOSİAL
23:39 27.09.2022
304
İşğaldan azad olunmuş ərazilərə daxil olduqda daxilində qəribə hisslər bir-birini əvəz edir. Anlayırsan ki, yüz dəfə eşitdiklərin gözünlə gördüyünü ifadə edə bilmir. Burada qürur hissi ilə kədər bir yerdə cəmləşir. Bununla bitmir, içərisində olduğun avtobus azad olunmuş ərazilərdə irəlilədikcə keçirdiyin hissləri daha əvvəl heç vaxt yaşamadığı anlayırsan. Anlayırsan ki, hələ daxilində kəşf etmədiyin hisslər də varmış. İnsan çox qəribə varlıqdır, məsələn, yalnız özünü, ailəsini, vətənini düşünüb, onun inkişafı istiqamətində təşəbbüs göstərir, başqalarında, başqalarının varında, dövlətində gözü olmur. İnsan da var tam bunun əksi - başqalarında olanı gözü götürmür deyə, paxıllıq hissi qabarmağa başlayır. Daha sonra başqasının malını ələ keçirməyə çalışır. Bitmir, ələ keçirdiklərini dağıdır, talan edir, çünki özünün olmadığını da bilir, paxıllıq hissi o qədər qabarıq olur ki, əlində olub, amma özünə aid olmadığını anladığı üçün nə vaxtsa yenə də əlindən çıxacaq deyə, onu da məhv edir, dağıdır. Amma bu, insan ola bilərmi? Elə bunları düşünə-düşünə fikirə getmişdim ki, "qarşıda isə şərəfsizlərin talan etdiyi Füzuli şəhəridir" səsi məni yenidən özümə qaytardı. Şuşaya səfər edən müntəzəm sərnişin avtobusunda idik. Xüsusi nümayəndə isə bizə yol boyu ətrafımızdakı görünən ərazilərlə bağlı məlumat verirdi. Hər bir azərbaycanlı kimi mənim də çoxdankı arzum idi azad olunmuş ərazilərə getmək. Təbii ki, heç vaxt olmamışam buralarda, amma buranın verdiyi doğmalıq hissi də mənə yad deyildi. Artıq iki ildir ki, öz övladlarını qarşılayan Vətən torpaqlarının bizə göstərdiyi münasibətdən irəli gəlirdi daxilimizdəki bu hiss. İki il əvvəl bu ərazilərdə gərgin mübarizənin, qızğın döyüşlərin getdiyini düşündükcə əsgərlərimizin hansı əzab-əziyyətə qatlaşaraq öz torpaqları üçün döyüşdüyünü anlayırdım. Ətrafda gördüyün hər yerdə müharibənin izlərinə şahid olursan. "Minalanmış ərazi" yazısıdan, dağıdılmış tikililərdən, yıxılmış qəbir daşlarından torpaqlarının 30 il ərzində hansı vandalların ayağı altında qaldığını başa düşürsən. BMT Təhlükəsizlik Şurasını 822, 853, 874, 884 saylı qətnamələrini qəbul etmək üçün təkcə Füzulini görmələri bəs edirdi, deyə düşündüm. ATƏT-in Minsk qrupunun həmsədrləri bu ərazilərə səfər edəndə yəqin ki, gözləri bağlı gəzirmişlər. 

Füzulidən sonra Xocavəndin kəndlərinə daxil olduq. Çox gözəl təbiəti, yaşıl dağları var, bəlkə də bu meşələr yeni yaşıllaşmağa başlayıb - son iki ildə. "Sağ tərəfə ayrılan yol bizi Azıx mağarasına aparır". Bu səsdən sonra "Azıx mağarası" lövhəsini gördüm, daha əvvəl bu yazını tarix kitabında çox görürdüm, indi Şuşaya səfər etdiyin yolun üzərində lövhədə bu yazını görmək çox xoş idi. Zəfər Yolu ilə irəlilədikcə Şuşaya daha da yaxınlaşırdıq. Hər bir rayonumuz, kəndimiz vətənin bir parçasıdır, amma nədənsə Şuşaya münasibətimiz daha fərqlidir. Şuşa bizim tarixi bölgəmiz, mədəniyyət paytaxtımızdır, bəlkə də əsgərlərimiz bu şəhər uğrunda döyüşərkən daha çox çətinliklə, daha sıldırım qayalarla üzləşdikləri üçün bu şəhərə də daha həssas yanaşırıq. Bunu Daşaltıdan Şuşaya tərəf baxanda da aydın görmək olur. Artıq Şuşa bizi qarşılayırdı, günəşli, təmiz havası ilə. Payızın ilk ayı - sentyabr olmasına baxmayaraq, Şuşada da sanki yaz havası var idi. Ətrafa nəzər saldıqca hər daşı, qayası bir tarix olan şəhərin ab-havası insanın ürəyini açır. Həqiqətən də, bu şəhərin hər tərəfi tarixdir. Divarlarda əsgərlərimizin yazdığı bölgələrin adları bütün Azərbaycanın burada izinin olduğunu göstərir. Hər bölgədən olan oğullarımız heç düşünmədən Vətənin harayına qaçıblar, onu yenidən bütövləşdiriblər. "Vətən mənə oğul desə" nə dərdim", deyən oğullar indi mamır olub qayasında bitiblər Vətənin. Haqqınızı halal edin, şəhidlərimiz, Siz Vətənə olan borcunuzu ödədiniz, amma biz hər zaman Sizə borclu qalacağıq!
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyada Ermənistan istehsalı olan onminlərlə içkinin satışı dayandırıldı
19:30 04.08.2026
Rusiyada Ermənistan istehsalı olan onminlərlə içkinin satışı dayandırıldı
Nyu-York metrosunda yanğın: 12 nəfər tüstüdən zəhərləndi
19:18 04.08.2026
Nyu-York metrosunda yanğın: 12 nəfər tüstüdən zəhərləndi
UEFA-dan sarı vərəqə limiti ilə bağlı yeni qərar
19:09 04.08.2026
UEFA-dan sarı vərəqə limiti ilə bağlı yeni qərar
Husilər Səudiyyə Ərəbistanındakı hava limanına PUA zərbəsi endirdi
18:55 04.08.2026
Husilər Səudiyyə Ərəbistanındakı hava limanına PUA zərbəsi endirdi
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi
18:39 04.08.2026
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi
"Reuters": İran Hörmüz boğazından keçən gəmilər üzərində nəzarəti gücləndirmək istəyir
18:25 04.08.2026
"Reuters": İran Hörmüz boğazından keçən gəmilər üzərində nəzarəti gücləndirmək istəyir
Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
18:10 04.08.2026
Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
17:56 04.08.2026
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA
17:47 04.08.2026
Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:36 04.08.2026
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır – Buna hazırıqmı?
17:25 04.08.2026
Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır – Buna hazırıqmı?
“Sərnişinlər əlavə 60 qəpik ziyana düşəcək” - Metroya alternativ avtobusların ödənişli olması narazılıq yaratdı
17:11 04.08.2026
“Sərnişinlər əlavə 60 qəpik ziyana düşəcək” - Metroya alternativ avtobusların ödənişli olması narazılıq yaratdı
Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix
16:59 04.08.2026
Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix
Telefonunuzu bir saniyədə təhlükəyə ata bilən QR kod tələsi - XƏBƏRDARLIQ
16:48 04.08.2026
Telefonunuzu bir saniyədə təhlükəyə ata bilən QR kod tələsi - XƏBƏRDARLIQ
Yeməkdən boğulma ölümə səbəb ola bilər: İlk yardım qaydaları
16:27 04.08.2026
Yeməkdən boğulma ölümə səbəb ola bilər: İlk yardım qaydaları
Dövlət Proqramı qalibləri ilə görüş keçirildi
16:20 04.08.2026
Dövlət Proqramı qalibləri ilə görüş keçirildi