Sizdə bu simptomlar varsa, daha çox su içməlisiniz

Sizdə bu simptomlar varsa, daha çox su içməlisiniz
SAĞLAMLIQ
22:50 20.06.2019
7712
Su orqanizmin normal fəaliyyəti üçün qida qədər və hətta, deyə bilərik, qidadan daha vacibdir.

Məhz bu səbəbdən insan az su içəndə bu dərhal onun orqanizminin fəaliyyətinə təsir edir, müxtəlif pozulmalara səbəb olur. Təəssüf ki, insanların bir çoxu bu problemləri mayenin az qəbulu ilə deyil, digər səbəblərlə əlaqələndirərək dərmanlara üz tutur.

AZXEBER.COM saglamolun.az-a istinadən Ruisya KİV-lərinə istinadla sizi suyun az qəbulu ilə bağlı ola bilən sağlamlıq problemləri ilə tanış edir:

- Yorğunluq, süstlük, yuxululuq,  tonusun azalması

Az su içən insanın orqanizmində qan qatılaşır və qan dövranı zəifləyir. Nəticədə bütün orqan və sistemlərin funksiyaları ləngiyir və zəifləyir.

- Baş ağrısı

Yuxarıda qeyd etdiyimiz kimi, az su içən insanın qanı qatılaşır ki, bu da qan dövranına mənfi təsir edir. Nəticədə orqanizm daha az oksigen alır ki, bu da ilk növbədə beyin üçün ziyanlıdır.   

- İştahanın səbəbsiz artması

Beynimizdə maye qəbulu və iştahaya cavabdeh olan hissələr yaxın yerləşir. Bu səbəbdən insan susuzluqdan əziyyət çəkdikdə orqanizm bunu aclıq kimi "başa düşə" bilər. Belə hallarda su için. "Aclıq" keçibsə, deməli siz əslində su istəyirdiniz.

- Göz quruluğu
 
Hamı bilir ki, bu simptomdan əsasən uzun müddət kompüterdə işləyən insanlar əziyyət çəkir. Lakin bəzən bunun səbəbi susuzlaşma da ola bilər.

Göz daim göz yaşları ifraz edir. Göz yaşları göz almasını nəmləndirir, qurumaqdan qoruyur. Orqanizm az miqdarda su alanda mayeni qənaət etməyə başlayır ki, bu da göz yaşı kanallarına təsir edir.

- Ürək döyünməsinin artması

Az su içən insanın qanı qatılaşır. Ürək belə qatı qanı orqanizm boyü dövr etmək üçün daha çox əziyyət çəkir, ürəyə düşən gərginlik artır. Bu isə öz növbəsində ürəkdə ağrı və xoşagəlməz hisslərə səbəb olur.

- Onurğa və oynaqlarda ağrılar

Onurğa fəqərələri arasında və həmçinin oynaqlarda qığırdaqlar yerləşir. Bu qığırdaqlar amortizasiya funksiyasını yerinə yetirir. Qığırdağın çox hissəsi mayedən ibarətdir. Susuzlaşma zamanı qığırdaqlar  quruyur və bu da onurğa və oynaqlara ağrı və digər xoşagəlməz hisslərə səbəb olur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
13:33 12.09.2025
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
11:50 12.09.2025
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
11:50 12.09.2025
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
11:40 12.09.2025
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
"Məni Aygünün ildönümünə çağırmadılar" - Zümrüd Hümbətova
11:38 12.09.2025
"Məni Aygünün ildönümünə çağırmadılar" - Zümrüd Hümbətova