"Sizin etimadınızı qazanmaq bu həyatda hər bir vəzifədən üstündür!" - Xaliq Hüseynov

"Sizin etimadınızı qazanmaq bu həyatda hər bir vəzifədən üstündür!" - Xaliq Hüseynov
Seçki2024
11:59 02.02.2020
2319
Xaliq Hüseynov: "Sizlər bu günümüz, gələcəyimiz üçün canından keçən şəhidlərimizin əzizləri, valideynləri, ailələrisiniz. Sizin etimadınızı qazanmaq bu həyatda hər bir vəzifədən üstündür!"

Fevralın 1-də 18 saylı Nərimanov-Nizami Seçki Dairəsindən deputatlığa namizəd Xaliq Hüseynovun Nərimanov rayonu 18 saylı seçki dairəsinin ərazisində yaşayan  şəhid ailələri ilə görüşü keçirildi. Görüşdə AVMVİB-nin sədr müavini, Xaliq Hüseynovun vəkili Vahid Abdurəhmanov, AVMVİB Nərimanov rayon təşkilatının sədri Qurban Osmanov, Azərbaycan Respublikası Əlillər Cəmiyyətinin sədri Xatirə Mikayılova, QMƏVŞA İB Nərimanov rayon təşkilatının sədri, şəhid Faiq Yusifovun atası İrşad Yusifov və digər şəhid ailələri, veteranlar iştirak etdilər.Xaliq Hüseynov haqqında məlumat verən Vahid Abdurəhmanov, onun müharibə təbəqəsindən olan insanlara münasibətindən, göstərdiyi təmənnasız xidmətindən danışdı. Söz Xaliq Hüseynova verildi.O da toplaşan hər bir şəhid ailəsinə təşəkkür edərək, ürək sözlərini belə bölüşdü:"
 
Bu günkü görüş üçün ilk növbədə, sizə öz dərin hörmətimi ifadə etmək istəyirəm. Sizin yaxınlarınız torpaq uğrunda, Vətən uğrunda həlak olmuş, şəhidlik zirvəsinə yüksəlmişlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. 1990-cı illərin əvvəllərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımız işğal altına, bir milyondan çox soydaşımız qaçqın, məcburi köçkün vəziyyətinə düşmüşdür. Biz minlərlə şəhid verdik, on minlərlə insan yaralandı, əlil oldu. O vaxt Azərbaycanda hakimiyyətsizlik dövrü idi.
 
Bizim məğlubiyyətimizin əsas səbəbi ondan ibarət idi ki, o vaxt Azərbaycanda güclü lider yox idi. Müxtəlif qruplaşmalar hakimiyyət uğrunda mübarizə aparırdılar, bir-birinə qarşı təxribat törədirdilər və Ermənistan bundan istifadə edib torpaqlarımızın bir hissəsini zəbt etdi. Bu gün Ulu Öndərin, onun yolunu davam etdirən cənab prezidentin  sayəsində müstəqil, azad, günü-gündən inkişaf edən bir ölkədə yaşayırıq.
 
Ama, ürəyimiz hələ də yaralıdır.Şəhidlərimizin ruhu narahatdır.Torpaqlarımz işğal altındadır. İnşallah tezliklə torpaqlarımzı da geri qaytaracağıq! Bu gün bura toplaşaraq Nərimanov rayon sakinləri kimi mənə dəstək göstərməyiniz mənim üçün böyük şərəfdir! Sizlər bu günümüz, gələcəyimiz üçün canından keçən şəhidlərimizin əzizləri, valideynləri, ailələrisiniz. Sizin etimadınızı qazanmaq bu həyatda hər bir vəzifədən üstündür.Çox sağ olun ki, bu gün mənimləsiz.
 
Və inanın ki, seçilsəm seçilməsəm də hər zaman yanınızda,  sizinləyəm!" Daha sonra söz şəhid Faiq Yusifovun atası İrşad Yusiifova verildi. İrşad Yusifov öz növbəsində Xaliq doktorun xidmətlərindən danışıb şəhid atası kimi səsini ona verəcəyini bildirdi.Əlillər Cəmiyyətinin sədri Xatirə xanım da 18 saylı dairə ərazisində yaşayan əlillərin səfərbər olduqlarını və 9 fevralda hamılıqla Xaliq Hüseynova səs verəcəklərini qeyd etdi.
 
Sonda şəhid ailələrinin arzu, istəkləri və problemləri qeydiyyata götürüldü.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR