"Sizin heç birinizə borcum yoxdur" - Zaur özündən çıxdı

"Sizin heç birinizə borcum yoxdur" - Zaur özündən çıxdı
MAQAZİN
12:23 18.12.2025
177
"Nə mənim, nə də çalışdığım kanalın heç kəsə borcu yoxdur. Bura gələn insanlar dərdlərini danışır, biz də qurumlardan xahiş edib onu həll edirik. Kiminsə "Mənə bunu etmədiniz" deyib gileylənməyə haqqı yoxdur. Mən də insanam!".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev deyib.
 
O, "Bizimləsən" verilişinə qatılan bəzi şəxslərin narazı qaldığı məqamlara aydınlıq gətirərək, onları tənqid edib:
 
"Nə mənim, nə də çalışdığım kanalın heç kəsə borcu yoxdur. Bura gələn insanlar dərdlərini danışır, biz də qurumlardan xahiş edib onu həll edirik. Kiminsə "Mənə bunu etmədiniz" deyib gileylənməyə haqqı yoxdur. Hamınıza ev, məişət avadanlığı, iş verə bilmərik. Ömür boyu sizə baxmalıyıq? Bunu birdəfəlik bilin! Gəlirsiz, əlimizdən gələni sizin üçün edə biliriksə, buna sağ ol demək lazımdır. Bir ömür sizin arxanızca sürünə bilmərəm. Ömürlük öhdəliyə götürməmişik sizin heç birinizi.
 
Mənim fövqalədə güclərim yoxdur, sizin kimi adi insanam. Bura gələn həkimlər, hüquqşünaslar, hamısı sizə kömək olur. Ana-atadan imtina edən övladlara, övladdan imtina edən valideynlərə borcumuz var? Yox! Amma bacardığımızı edirik. Üzünüzə bir çox qurumun qapısı bağlı olanda, bu kanala rahat gəlib-gedə bilirsiz. Xoşunuza bir şey gəlməyəndə sosial şəbəkədə o qurumların yox, Zaurun adını çəkməyə cəsarətiniz çatır. Bəlkə mən sizə yaxşı kömək edə bilmirəm, ona görə də Allah xatirinə gedin, başqa yerdə kim nə bacarır, sizə etsin. Bu verilişdə həkimin qəbuluna düşmək üçün iki aydır növbə gözləyən xəstə insanlar var, heç səsləri çıxmır. Amma problemlə gələn şəxslər belə söz-söhbət yaradır". 
 
Aysel
OXŞAR XƏBƏRLƏR