AZXEBER.COM xəbər verir ki, mövzu klipdəki obraza görə qınananlar, irad tutulanlar hətTa məhkəmə qarşısında çıxış edən məşhurlarla birgə müzakirə olunacaq.
Qonaqlar "Ayrılma məndən" mahnısına çəkdiyi klipə görə irad tutulan Faiq Ağayev, "Yalvara-yalvara" aşıq mahnısına çəkdiyi klipə və mahnıya görə məhkəmələr gəzən Yeganə, "Necə unudum səni" musiqisinə çəkdiyi klipdən sonra evdən bayıra çıxa bilməyən Elşən Dadaşov və çəkdiyi bir çox kliplərə görə tənqid atəşinə tutulan və sənətdən uzaqlaşan klipmeyker Aqil M Quliyevdir.
Eləcə də "Klip janrı niyə tupikdədir?" sualına da cavab axtaracağıq."
Tanınmış teleaparıcı Kamran Həsənlinin təqdimatında "Sizin saat" cümə axşamı saat 22.30-da, təkrarı isə bazar günü 14.15-də Space TV-də. "Sizin saat" izləyiciləri həqiqətlərin üzə çıxdığı bu anı qaçırmasınlar.
Qeyd edək ki, verilişin informasiya dəstəyi AZXEBER.COM xəbər portalıdır.









