“Şkendiya” - “Qəbələ” matçının vaxtı və yeri dəqiqləşdi

“Şkendiya” - “Qəbələ” matçının vaxtı və yeri dəqiqləşdi
İDMAN
17:38 15.02.2021
669
"Qəbələ”nin UEFA Gənclər Liqasının 1/32 final mərhələsində keçirəcəyi oyunun yeri və vaxtı dəqiqləşib.

AZXEBER.COM xəbər verir ki, Çempionlar yolunda mübarizə aparan "qırmızı-qaralar”ın Şimali Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşması martın 4-də baş tutacaq.

Matç Bakı vaxtı ilə saat 16:30-da start götürəcək. Qarşılaşma Şimali Makedoniya Futbol Federasiyasının Skopyedəki Təlim-Məşq Mərkəzində keçiriləcək.

UEFA Gənclər Liqası

Çempionlar yolu

1/32 final

4 mart

16:30. "Şkendiya” – "Qəbələ”

Skopye. Şimali Makedoniya Futbol Federasiyasının Təlim-Məşq Mərkəzi.
OXŞAR XƏBƏRLƏR