Skolari məşqçi karyerasını bitirdi

İDMAN
19:32 14.11.2022
246
Braziliya millisinin sabiq baş məşqçisi Luis Felipe Skolari karyerasını başa vurub.

Bunu 2002-ci ildə pentakampeonları sonuncu çempionluğa daşıyan mütəxəssisin özü açıqlayıb.

O, məşqçilik fəaliyyətini 74 yaşında bitirib. Bu ilin mayından "Atletiko Paranaense”ni çalışdıran Skolarinin yetirmələri A seriyasının son turunda "Botofoqo”nu 3:0 hesabı ilə məğlub edərək 6-cı yeri tutub. Bu, komandaya Libertadores kubokuna vəsiqə qazandırıb.

Qeyd edək ki, Skolari növbəti mövsümdən klubun texniki direktoru kimi fəaliyyət göstərəcək.
OXŞAR XƏBƏRLƏR