Söküləcək binanın sakinləri kompensasiyadan narazıdır - "Həmin ərazidə kvadrata 2200 verilib"

Söküləcək binanın sakinləri kompensasiyadan narazıdır - "Həmin ərazidə kvadrata 2200 verilib"
SOSİAL
23:09 20.01.2023
547

Qəzalı vəziyyətdə olan binanın sakinləri veriləcək kompensasiyadan narazıdır.

AZXEBER.COM xəbər verir ki, Bakının Xətai rayonu, 8 Noyabr prospektində yerləşən, aylardır ki, qəzalı vəziyyətdə olan binanın sakinləri yenidən musavat.com-a müraciət ediblər.

Bina sakinləri qeyd ediblər ki, aidiyyəti orqanlar həmin binaya baxış keçirib, dəyərləndirmə aparıblar. Qərar gəlinib ki, bina sökülməlidir:

"Mətbuatda gedən müraciətimizdən sonra Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən komissiya binamıza baxış keçirdi və qərara gəlindi ki, bina kəskin qəzalı vəziyyətdədir, yaşayış üçün təhlükəlidir. Buna görə də sakinlər təcili köçməli, bina sökülməlidir".

Bina sakinləri qeyd edib ki, bununla belə onlara təklif edilən kompensasiya çox cüzi məbləğdədir, hansı ki, həmin pula paytaxtın digər ərazilərində ev almaq mümkün deyil:

"Onsuz da bu binada yaşamaq hər an faciə ilə üz-üzə qalmaq deməkdir. Binada 16 ailə yaşayır və aralarında körpə uşaqlar da var. Bu səbəbdən biz də binadan təcili köçmək istəyirik. Lakin bizə təklif edilən məbləğ çox cüzidir. Belə ki, mənzillərin hər kvadratmetrinə 1500 manat təklif olunur. Mənzillər azkvadratlı olduğu üçün toplam məbləğ digər ərazilərdə ev almağa yetmir. Hazırda paytaxt Bakıda bizim binanın yerləşdiyi əraziyə uyğun sinif üzrə mənzillərin hər kvadratmetrinə 2000 manatdan başlayan qiymətlər təklif qoyulub.

Bu günlərdə Cavanşir körpüsünün yaxınlığındakı evlərin söküntüsü zamanı sakinlərə 2200 manatdan verildi. Çünki hazırda mənzil bazarında qiymətlər xeyli bahalaşıb. Əsas səbəb də tikinti bazarında qiymətlərin artması ilə bağlıdır. 1500 manat kompensasiya "Sovetski" kimi tanınan məhəllənin söküntüsü zamanı verilirdi. Həmin vaxtdan bu günə qədər tikinti materialları, evlərin ciddi şəkildə bahalaşıb. Belə ki, əgər əvvəllər taxtanın 1 kubmetri 170 manat idisə, hazırda bu məbləğ 470-500 manat arasında dəyişir. Həmçinin digər tikinti materialları, o cümlədən sementin qiymətində də 2 manata qədər bahalaşma var. Bu minvalla bütün tikinti materialları bahalaşıb və mənzil bazarındakı qiymətlərə mühüm təsir göstərib.

Bu baxımdan 1500 manatdan kompensasiya verilməsi biz sakinləri qəti qane etmir. Ona görə də xahiş edirik ki, kompensasiya artırılsın".

Sakinlər bildirdilər ki, onların əldə etdiyi məlumata görə bina sakinlərinin köçürülməsi üçün 1 milyon 680 min manat pul ayrılıb.

Bu barədə sənəd də təqdim etdilər.

Xatırladaq ki, ötən ilin may ayında Bakının Xətai rayonu, 8 Noyabr prospektində yerləşən binanın tavanı uçub. Nəticədə bina qəzalı vəziyyətə düşüb, orada yaşayan sakinlərin həyatı üçün böyük təhlükə yaranıb.

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
18:26 31.07.2026
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
18:10 31.07.2026
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
18:02 31.07.2026
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
17:54 31.07.2026
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
17:46 31.07.2026
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
17:29 31.07.2026
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
17:25 31.07.2026
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
17:14 31.07.2026
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
16:58 31.07.2026
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
16:41 31.07.2026
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
16:26 31.07.2026
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
16:14 31.07.2026
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
16:04 31.07.2026
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
ChatGPT ilə yazılan CV iş tapmağa kömək edir? – Mütəxəssislər xəbərdarlıq edir
15:51 31.07.2026
ChatGPT ilə yazılan CV iş tapmağa kömək edir? – Mütəxəssislər xəbərdarlıq edir
Bolqarıstanda prezident seçkilərinin tarixi açıqlandı
15:37 31.07.2026
Bolqarıstanda prezident seçkilərinin tarixi açıqlandı
Göygöldə fermerlərlə görüş keçirildi - FOTOLAR
15:35 31.07.2026
Göygöldə fermerlərlə görüş keçirildi - FOTOLAR