Söküntü zamanı mənzilin artırmalarına görə ödəniş edilirmi? - VİDEO

Söküntü zamanı mənzilin artırmalarına görə ödəniş edilirmi? - VİDEO
SOSİAL
13:38 15.01.2026
331
Söküntü və yenidənqurma aparılan ərazilərdə kompensasiya məsələsi vətəndaşlar üçün hələ də qeyri-müəyyən olaraq qalır.
 
AZXEBER.COM xəbər verir ki, xüsusilə mənzilə sonradan əlavə olunmuş artırmalar, eyvanlar və yaşayış məqsədi daşımayan sahələrin aqibəti suallar doğurur.

Mövcud qaydalara görə kompensasiyanın hesablanması əmlakın növündən, təyinatından və sənədləşmə vəziyyətindən asılı olaraq dəyişir. Bu baxımdan çıxarışda qeyd olunmayan artırmalar və yaşayış olmayan sahələrə görə kompensasiya tələbinin mümkün olub-olmaması tez-tez müzakirə edilir.

Mütəxəssislər bildirirlər ki, kompensasiya məsələsində hər bir fakt ayrıca araşdırılır. Sahənin faktiki istifadəsi, mövcud vəziyyəti və hüquqi sənədləşməsi yekun qərara birbaşa təsir göstərir.

Bu səbəbdən sakinlərə tövsiyə olunur ki, söküntü prosesindən əvvəl əmlakla bağlı bütün sübutları toplayaraq aidiyyəti qurumlara təqdim etsinlər. Yalnız bu halda kompensasiyanın tam və ədalətli şəkildə hesablanması mümkün ola bilər.

Qeyd edək ki, məsələ ilə bağlı "ARB Xəbər”də süjeti yayımlanıb.

Ətraflı reportajda:
 

OXŞAR XƏBƏRLƏR