Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO

Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
SOSİAL
00:42 27.02.2026
166
Paytaxtın mərkəzi ərazilərində yaşayırlar, amma mənzillərinin sahəsi kiçik olduğu üçün verilən kompensasiya məbləği ilə yaşadıqları yerin ətrafından mənzil ala bilmirlər.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, paytaxtda aparılan söküntü işləri çərçivəsində ev sahiblərinin əsas problemlərindən biri də məhz budur. Məsələn, 30 kvadratmetr sahəsi olan mənzil sökülən zaman kvadratına 2700 manat kompensasiya hesablanarsa, 80 min manatdan bir qədər artıq məbləğ edir ki, bu pulla da ev sahibi yaşadığı əraziyə yaxın yerdən, yəni mərkəz ərazilərdən ev ala bilmir.

Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, bu mexanizmin təkmilləşdiriliməsinə ehtiyac var - kompensasiya yerinə kiçiksahəli ev sahiblərinə həmin yerə yaxın ərazidən ev verilsin.

Deputat Vüqar Bayramov bildirib ki, dövlət ehtiyacları üçün torpaqların alınması zamanı da mövcud imkanlar çərçivəsində vətəndaşlara əlavə dəstək mexanizmləri nəzərdən keçirilə bilər.

OXŞAR XƏBƏRLƏR