Skuter qəzaları niyə çoxalır? - Narahatlıq artır - VIDEO

Skuter qəzaları niyə çoxalır? - Narahatlıq artır - VIDEO
SOSİAL
00:39 21.02.2026
744
"Son illərdə elektroskuterlər şəhərdaxili hərəkətdə alternativ nəqliyyat vasitəsi kimi geniş yayılsa da, xüsusilə azyaşlıların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin artması narahatlıq doğurur və mövcud hüquqi mexanizmlərin yetərli olmadığını göstərir".

AZXEBER.COM xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva dövlət qurumuna ünvanladığı müraciətində bildirib. O, qeyd edib ki, son illərdə elektroskuterlər şəhərdaxili hərəkətdə alternativ nəqliyyat vasitəsi kimi geniş yayılsa da, bu proses yol hərəkəti təhlükəsizliyi ilə bağlı yeni və ciddi risklər formalaşdırıb. 

Səbinə Əliyeva vurğulayıb ki, qanunvericilikdə elektroskuterlərin idarə olunması üçün minimum yaş həddi müəyyən edilsə də, bu tələbin real icrası təmin edilmir. Nəticədə yaşı 14-dən az olan uşaqların nəzarətsiz şəkildə ictimai yollarda hərəkəti həm onların həyatı, həm də digər yol hərəkəti iştirakçıları üçün birbaşa təhlükə yaradır.

Nəqliyyat ekspertləri bildirirlər ki, bəzən azyaşlı şəxslər tərəfindən hansısa bir yaxınının adına skuter icarəyə götürülür. Belə olduğu halda isə azyaşlıların iştirakı ilə baş verən yol qəzalarınınn sayı artır.

Ekspertlərin fikrincə, baş verən qəza hallarının qarşısını almaq üçün, cəza tədbirləri ilə yanaşı müəyyən nəzarət mexanizmi də olmalıdır.

/Xəzər TV

OXŞAR XƏBƏRLƏR