"Slaviya"nın baş məşqçisi: "Sabah"la oyunda mənasız qollar buraxdıq"

"Slaviya"nın baş məşqçisi: "Sabah"la oyunda mənasız qollar buraxdıq"
İDMAN
23:16 13.10.2026
138
"Slaviya" "Sabah"la oyunda mənasız qollar buraxıb.

Bunu Çexiya təmsilçisi "Slaviya"nın baş məşqçisi Yindrjix Trpişovski UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah"a qarşı keçirdikləri matçdan sonra mətbuat konfransında deyib.

Mütəxəssis məğlub olduqları qarşılaşmanı şərh edib:

"İlk hissədə səhvlərə yol verdik. Baxmayaraq ki, fasiləyə qədər hesab açılmamışdı. Təbii ki, məğlubiyyətin səbəbləri çoxdur. Düşünürəm ki, bu cür matçlarda səhvlərə yol verməməliyik. Hər iki qolda xətalara yol verdik. Sözün açığı, mənasız qollar buraxdıq. Hətta, bizim özümüzün iki qol vurmaq üçün real şanslarımız var idi. Təəssüf ki, bu baş vermədi. Rəqib komanda bizə təzyiq göstərirdi və biz top itkilərinə yol verirdik. İkinci hissədə "Sabah" üstünlüyü ələ aldı. Onlar orta xətdə bizdən üstün idilər. Futbolçularımız məğlubiyyətə görə üzgündürlər".

O, "Sabah"ın daha istəkli olduğunu bildirib:

"Komandamdan istədiyim oyunu görə bilmədim. Bəlkə də oyunun favoriti hesab edilirdik. Amma bəzən favorit hesab olunmaq kifayət etmir. Biz bu məğlubiyyətin səbəblərini təhlil edəcəyik. Əfsuslar olsun ki, bu gün məğlub olduq".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda təşkil olunan "Sabah" - "Slaviya" oyunu Azərbaycan çempionunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
 
///report///
OXŞAR XƏBƏRLƏR