Slavyan universitetinin rektorunun ‘Nobel’ mükafatına namizədliyi qeydə alındı

Slavyan universitetinin rektorunun ‘Nobel’ mükafatına namizədliyi qeydə alındı
KÖŞƏ
17:25 28.03.2012
2171

Azərbaycan yazıçısı Kamal Abdullanın "Nobel" mükafatına namizədliyi qeydə alınıb. Bu barədə çərşənbə günü  Azərbaycan Yazıçılar Birliyindən bildiriblər.

Məlumata görə, Azərbaycan yazıçısı, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla "Nobel" mükafatına, əsasən, "Yarımçıq əlyazma" romanına görə namizəd kimi qeydə alınıb.

Ədəbiyyat sahəsi üzrə təqdim olunacaq "Nobel" mükafatı üçün əvvəlcə uzun, sonra isə qısa namizədlər siyahısı tərtib olunacaq. Mükafat öz sahibinə dekabr ayında təqdim olunacaq.

Kamal Abdulla yazıçı, şair, ədəbi tənqidçi, alim, filologiya elmləri doktoru (1985), professor, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

OXŞAR XƏBƏRLƏR