Slovakiya dronların hərbi obyektlər üzərində uçuşunu qadağan edir

Slovakiya dronların hərbi obyektlər üzərində uçuşunu qadağan edir
DÜNYA
20:00 18.12.2022
284

Slovakiyada hərbi obyektlər üzərində pilotsuz uçuş aparatlarının istifadəsi qadağandır.

AZXEBER.COM "oxu.az”a istinadən xəbər verir ki, müvafiq sərəncamı dekabrın 17-də ölkə prezidenti Zuzana Çaputova imzalayıb.

Həmçinin, qadağa hərbi texnika karvanı üzərindəki hava məkanına da şamil edilir.

Qanunu pozmağa görə cərimə 500 avroya qədər ola bilər.

Bununla yanaşı, Müdafiə Nazirliyinin və hərbi polisin hərbi qulluqçularına ölkənin hərbi obyektlərinin hava məkanını pozan pilotsuz uçuş aparatlarının işini dayandırmağa icazə verilir.

Qanun 2023-cü il fevralın 1-dən qüvvəyə minir.


OXŞAR XƏBƏRLƏR