Slovakiya və Malta Rusiyaya qarşı 18-ci sanksiyalar paketini yenidən bloklayıb

Slovakiya və Malta Rusiyaya qarşı 18-ci sanksiyalar paketini yenidən bloklayıb
DÜNYA
21:11 16.07.2025
353
Avropa İttifaqı ölkələrinin səfirləri Rusiyaya qarşı nəzərdə tutulan 18-ci sanksiyalar paketini bu dəfə də razılaşdıra bilməyib.

Bu barədə "Reuters" agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, sanksiyaların qəbulunu yenidən Slovakiya əngəlləyib.

Eyni zamanda, Belçikanın "RTBF" telekanalı məlumat yayıb ki, 18-ci sanksiyalar paketini bloklayan ölkələrdən biri də Maltadır. Rəsmi Valetta hesab edir ki, nəzərdə tutulan sanksiyalar, əsas fəaliyyət sahələrindən biri dəniz nəqliyyatı olan Maltanın iqtisadi maraqlarına zərər vura bilər.
 
/APA
OXŞAR XƏBƏRLƏR