Slovakiyanın Baş naziri Robert Fitso və onun ailə üzvləri təhdid mesajı alıblar.
Baş nazirin ünvanına gələn mesaj barədə Slovakiya Hökumət Aparatının mətbuat xidməti açıqlama verib.
Həmin gün ölkənin Baş prokuroru Maroş Jilinka və onun həyat yoldaşı partlayış törədiləcəyi ilə bağlı təhdidlə üzləşiblər. Bu məsələ ilə polis məşğul olur.
"Müvafiq orqanlar mesajın məzmununu araşdırır. Hökumət Aparatı hələ ki, vəziyyətlə bağlı əlavə şərh verməyəcək", - bəyanatda qeyd olunub.
Hökumətdən bildirilib ki, R.Fitsonun sentyabrın 25-nə planlaşdırılan və baş prokuror Maroş Jilinkaya həsr olunan mətbuat konfransı da ləğv edilib.











































