Slovakiyada bəzi siyasətçilərin mühafizəsi gücləndirilib

Slovakiyada bəzi siyasətçilərin mühafizəsi gücləndirilib
DÜNYA
18:09 14.08.2024
190
Slovakiya polisi həm hökumət əleyhinə etiraz aksiyaları, həm də son günlər çoxalan təhdidlər səbəbindən bir sıra siyasətçilərin mühafizəsini gücləndirib.
 
Bratislavada mədəniyyət naziri Martina Şimkoviçovanın vəzifədən getməsi tələbi ilə kütləvi etiraz aksiyaları başlayıb. 30 min nəfərə yaxın vətəndaşın qatıldığı etirazlarda hökumətin də ünvanına təhdidlər səsləndirilib.

Qeyd edək ki, mayın 15-də baş nazir Robert Fitsoya qarşı sui-qəsd olub. Hadisə ilə bağlı "terrorçuluq” maddəsi ilə cinayət işi qaldırılıb. Nəticədə bu əməli törətməkdə şübhəli bilinən 71 yaşlı yazıçı Yuray Sintula tutulub.
 
///APA
OXŞAR XƏBƏRLƏR